Zaqatalada ağır yol qəzası baş verib, bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, Zaqatala-Muğanlı yolunda, Aşağı Tala kəndi ərazisində Elvin Qurbanovun idarə etdiyi “VAZ-21011" markalı avtomobillə "Mercedes-C 200" markalı maşın toqquşub.
Qəza nəticəsində "VAZ 21011"də olan sərnişin 54 yaşlı Ülfət Qurbanov hadisə yerində ölüb. Ülfət Qurbanovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.
Qəzada xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin Səməndər Qurbanlı, "Mercedes"in sürücüsü və onun 2 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır./APA
***
17:17
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza zamanı bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Hadisə yerinə rayon Polis Şöbəsinin əmkdaşları və xilasedicilər cəlb olunub. /apa


jpg-1774876679.jpg)













