2026-cı ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsində ən böyük pay 1230,4 milyon ABŞ dolları olmaqla İtaliya ilə qeydə alınıb.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi 431,7 milyon dollar, Çin ilə 417,8 milyon dollar təşkil edib.
Rusiya ilə ticarət dövriyyəsi 244,9 milyon dollar olub. Digər ölkələrlə müqayisədə daha aşağı göstəricilər isə Rumıniya (101,0 milyon dollar), Almaniya (94,9 milyon dollar), Bolqarıstan (86,9 milyon dollar), Gürcüstan (77,9 milyon dollar), İran (57,1 milyon dollar), Yunanıstan (55,1 milyon dollar), İsveçrə (48,7 milyon dollar) və Portuqaliya (45,2 milyon dollar) üzrə qeydə alınıb.
Beləliklə, yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsində əsas tərəfdaş ölkələr sırasında Avropa ölkələri üstünlük təşkil edib.
Bakı 




