Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "Toyota Auqa" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




