"Rasim Balayevin Azərbaycan kino və teatrının əfsanəvi aktyoru idi. Onun kimi aktyoru itirmək ağır idi. Ona sual verirlər ki, ölümə necə baxırsınız? O da deyir, ölüm haqdır, hər yaranan bir gün köçməlidir. Əsas sənin əməllərin, yaradıcılığındır. Bu mənada Rasim Balayevin yaradıcılığı gözəl olub. Heç bir aktyora nəsib olmayan xoşbəxtlik, sevilmək Rasim Balayevə məxsus idi".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Hacı İsmayılov mərhum Xalq artisti Rasim Balayevlə vida mərasimində deyib. Aktyor həmkarının ölümünün onu çox üzdüyünü bu sözlərlə dilə gətirib:
"Rasimlə İstanbulda "Həm ziyarət, həm ticarət" filminin çəkilişlərindən sonra daha da dostlaşdıq. Oradan qayıdandan sonra tez-tez görüşürdük. Rasim səmimi, yüksək mənəviyyata sahib biri idi. Bir dəfə ondan soruşurlar ki, Rasim müəllim, ölüm haqqında nə deyə bilərsiniz? Cavab vermişdi ki, "Ölüm qaçılmazdır. Bu dünyaya gələn bir gün gedəcək. Amma əsas odur ki, yaşadığın müddətdə yaxşı işlər görəsən ki, səndən sonra insanlar səni hörmətlə xatırlasın". Rasim o cür yaşadı.
Onun bu cür ölümü gözlənilməz oldu. Bilirdik ki, səhhətində, xüsusilə də ayaqlarında problemlər var idi. Onun kimi sənətkarlar tez-tez yetişmir. Ömrünün sonuna qədər sənətinə sadiq qaldı, dərdini çox vaxt gizlətdi və son nəfəsinə qədər güclü qaldı". /axşam.az
Bakı 




