• Bakı 14° C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Müasir dövrdə beynəlxalq maliyyə bazarlarının əhəmiyyəti

İQTİSADİYYAT

30 Mart 2026 | 15:59

Müasir dövrdə beynəlxalq maliyyə bazarlarının əhəmiyyəti

Maliyyə bazarı anlayışı maliyyə sisteminin digər elementlərinə nisbətən daha yeni anlayış hesab olunur və müxtəlif ədəbiyyatlarda müxtəlif cür izah edilir. Onun iqtisadiyyatda əsas rolu maliyyə resurslarının yenidən bölgüsünü təşkil etməkdir. Belə ki, maliyyə resurslarının formalaşması, onun daha səmərəli bölgüsü və məqsədyönlü istifadəsinin təmin edilməsi məhz maliyyə bazarının köməyi ilə müntəzəm olaraq idarə olunur.

Maliyyə bazarı maliyyə resurslarının əmtəə kimi çıxış etdiyi bazar formasıdır. Başqa sözlə, maliyyə bazarı pul vəsaitlərinin iqtisadi subyektlər arasında bölgüsünü təmin edən bazardır. Onun əsas məqsədi pul vəsaitlərinin səmərəli şəkildə səfərbər edilməsini və onların maliyyə resurslarına ehtiyacı olanlara ötürülməsini təmin etməkdən ibarətdir.

Maliyyə bazarının yaranmasının zəruriliyinin əsas amillərindən biri maliyyə ehtiyatlarının qeyri-bərabər bölgüsüdür. Bunu belə də izah edə bilərik ki, hər bir təsərrüfat subyektinin fəaliyyətinin əsasında xərc çəkib gəlir qazanmaq durur. Bu isə öz növbəsində pul vəsaitinin hərəkəti ilə maşayiət olunur. Belə ki, təsərrüfat subyekti xərc çəkmək üçün pul vəsaiti cəlb edir, nəticədə gəlir kimi pul vəsaiti qazanır və bu vəsait fəaliyyətin davam etdirilməsi üçün vasitə olur. Adətən, qazanılmış gəlir çəkilmiş xərcdən çox olur və məqsədyönlü olduğu halda, bu çox olan hissə fəaliyyətin genişləndirilməsinə və ya yığıma istiqamətləndirilir. Bəzi hallarda isə qazanılmış gəlir fəaliyyətin genişləndirilməsinə, hətta bəzən fəaliyyətin olduğu səviyyədə qorunub saxlanmasına kifayət etmir və əlavə pul vəsaitinə ehtiyac yaranır. Göründüyü kimi, təsərrüfat subyektlərinin fəaliyyətinin nəticəsi kimi, bir qayda olaraq, onların bəzilərində müvəqqəti sərbəst pul vəsaiti olduğu halda, bəzilərində isə pul vəsaitlərinə ehtiyac yaranır. Beləliklə də, sərbəst pul vəsaitinə malik olan müəssisələr digər müəssisələrə maliyyə qoyuluşlarını həyata keçirərkən bu fəaliyyət bir tərəfdən bu müəssisənin mənfəətini artırmağa istiqamətlənmişdirsə, digər tərəfdən də digər müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmağa və ya onu iflasdan ―xilas etməyə yönəlmişdir. Başqa sözlə, maliyyə bazarı pul vəsaitlərinin sahiblərindən ehtiyacı olanlara doğru yönəldilməsidə vasitəçi rolunu oynayır.

İqtisadiyyatın inkişafında maliyyə bazarının əhəmiyyətinin böyük olduğunu qeyd etmək lazımdır. Maliyyə bazarı bir sıra funksiyalar yerinə yetirir ki, bunlar da onun iqtisadiyyatın inkişafında rolunu bir daha sübut edir:

  • bazarda alıcı ilə satıcının birbaşa görüşməsi nəticəsində bazara çıxarılan maliyyə alətlərinin real satış qiymətləri müəyyən olunur. Burada eyni zamanda da aktivlərin özünü ödəməsi səviyyəsi, həmçinin onun müddətləri müəyyənləşdirilir;
  • pul vəsaitlərinin bir subyektdən digərinə, yəni pula ehtiyacı olan tərəfə hərəkətini təmin etmək. Bu özünü maliyyə ehtiyatlarının bölgüsü, müvəqqəti sərbəst pul vəsaitlərinin və qiymətli kağızların alqı-satqısı ilə əlaqədar iqtisadi münasibətləri ifadə edir. Hazırda dünya miqyasında maliyyə vəsaitlərinin böyük hissəsi maliyyə bazarı vasitəsilə bölüşdürülür;
  • maliyyə bazarı investorlar üçün sərbəst pul vəsaitlərinin ən səmərəli istiqamətlərə yerləşdirilməsi üçün yer, imkan və şərait yaradır. Bu vaxt nəinki ölkə, hətta bütün dünya üzrə seçmə imkanı yaranır. Bu isə firmalar üçün ən sərfəli qiymətlə maliyyə mənbəyi tapmağa imkan verir;
  • maliyyə bazarının başlıca funksiyalarından biri də maliyyə ehtiyatlarının yerləşdirməsi və əldə olunması üçün çəkilən xərclərin (araşdırma və informasiya xərcləri) minimuma endirilməsindən ibarətdir.

Müasir şəraitdə maliyyə bazarları mülkiyyət formasından asılı olmayaraq həm makroiqtisadi səviyyədə, həm də dövlət səviyəsində onların maliyyə resursları ilə təmin edilməsində mühüm rol oynayır. Bu o deməkdir ki, maliyyə bazarı olmadan bazar iqtisadiyyatının inkişafına nail olmaq mümkün deyil. O, pul vəsaitlərinin hərəkətinin təşkil edilməsinin xüsusi forma və sferası olub maliyyə münasibətləri sistemində alqı-satqı münasibətlərinin məcmusunu ifadə edir.

Maliyyə bazarlarının yaranması obyektiv xarakter daşıyır və o, dövlətin və müxtəlif təşkilati-hüquqi formaya malik olan müəssisələrin faliyyəti ilə əlaqədar olaraq daha da inkişaf etmişdir. Digər tərəfdən bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi, dövlətlə müəssisələrin qarşılıqlı faliyyəti də onun inkişafına öz təsirini göstərmişdir.

Məlumdur ki, ölkədə aparılan iqtisadi islahatlar və dünya iqtisadi sisteminə inteqrasiyasının dərinləşməsi iqtisadiyyatın dinamik inkişafına əlverişli şərait yaratmışdır. Belə bir şəraitdə maliyyə resurslarının fasiləsiz olaraq ölkə iqtisadiyyatına cəlb edilməsi həmin dinamik inkişafa daha da təkan verir. Müasir dövr daxili resurslarla yanaşı xarici resursların da iqtisadi inkişafa cəlb edilməsini zərurətə çevirmişdir. Bunu təmin edən vasitələrdən ən əsası isə maliyyə bazarlarının mövcudluğudur. Bazar iqtisadiyyatı şəraitində maliyyə bazarları mülkiyyət formasından asılı olmayaraq həm makroiqtisadi səviyyədə, həm də dövlət səviyyəsində maliyyə resursları ilə təmin edilmənin mühüm vasitəsidir. Maliyyə bazarları pul vəsaitlərinin hərəkətinin təşkil edilməsinin xüsusi forma və üsulu olmaqla maliyyə münasibətləri sferasında alqı-satqı münasibətlərinin məcmusu kimi çıxış edir.

Maliyyə bazarlarının yaranması obyektiv xarakter daşıyır və o, dövlətin və müxtəlif təşkilati-hüquqi formaya malik olan müəssisələrin fəaliyyəti ilə əlaqədar daha da inkişaf etmişdir. Digər tərəfdən, bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi, dövlətlə müəssisələrin qarşılıqlı fəaliyyəti də maliyyə bazarına öz təsirini göstərmişdir.

Maliyyə bazarları elə bazar formasıdır ki, burada əmtəə kimi maliyyə resursları çıxış edir. Başqa sözlə, maliyyə bazarları pul vəsaitlərinin iqtisadi subyektlər arasında bölgüsünü təmin edən bazardır. Maliyyə bazarlarının məqsədi-pul vəsaitlərinin səmərəli şəkildə səfərbər edilməsini və onların maliyyə resurslarına ehtiyacı olanlara satışını təmin etməkdən ibarətdir. Bu zaman səmərəlilik dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • resursların satışa qoyulduğu andan onların alışı və təsərrüfat dövriyyəsində istifadəsi anınadək keçdiyi minimum qısa müddət;
  • resursları onların ilk sahibləri tərəfindən satdığı qiymətlə son istehlakçının onları aldığı qiymət arasında minimum uyğunsuzluğun (fərqin) olması.

Maliyyə bazarlarının yaranmasının zəruriliyinin əsas amillərindən biri də iqtisadiyyatda maliyyə ehtiyatlarının qeyri-bərabər bölgüsüdür. Çünki bu bölgü zamanı müəssisələrin bir qismində maliyyə vəsaitlərinin artıqlığı, digər qismində isə çatışmamazlığı üzə çıxır. Nəticədə maliyyə vəsaitlərinin bir müəssisədən digərinə doğru hərəkətini təmin edə bilən maliyyə bazarı meydana gəlir. Buna əsasən demək olar ki, pul vəsaitləri sahiblərindən ehtiyacı olanlara doğru yönəldilməsində maliyyə bazarı vasitəçi rolunu oynayır.

Maliyyə bazarlarının əsas formalarından biri olan borc kapitalı bazarı – kapitalın tələb və təklif əsasında vasitəçilərin köməyi ilə kreditor və borcalanlar arasında yenidən bölgüsü mexanizmidir. Təcrübədə o, pul vəsaitləri axınını mülkiyyətçilərdən borcalanlara və əksinə istiqamətləndirən kredit-maliyyə institutlarının məcmusudur.

İqtisadiyyatın inkişafında maliyyə bazarlarının rolu onun yerinə yetirdiyi funksiyalarla müəyyən edilir. Müasir mərhələdə maliyyə bazarı aşağıdakı funksiyaları həyata keçirir:

  • maliyyə bazarının əsas funksiyası fəaliyyətsiz pul vəsaitlərini borc kapitalına çevirməkdir. O, bazar iqtisadiyyatında müstəsna rol oynayır. Onun vasitəsilə pul hesablaşmalarının, müəssisələrin, təşkilatların və əhalinin ödənişlərinin böyük hissəsi həyata keçirilir. Müvəqqəti sərbəst pul vəsaitləri səfərbər edilir, aktiv fəaliyyət göstərən capital formalaşır, müxtəlif kredit, hesablaşma, zəmanət, investisiya və digər əməliyyatlar yerinə yetirilir.
  • pul vəsaitlərinin bir mülkiyyətçidən (kreditordan) digərinə (borcalana), yəni pula ehtiyacı olanlara hərəkətini təmin etmək; təcrübədə o, müvəqqəti sərbəst pul vəsaitlərinin və qiymətli kağızların alqı-satqısı, maliyyə ehtiyatlarının bölgüsü ilə əlaqədar iqtisadi münasibətləri ifadə edir. Hazırda dünya miqyasında maliyyə vəsaitlərinin böyük hissəsi maliyyə bazarı vasitəsilə bölüşdürülür;
  • bazarda alıcı ilə satıcının birbaşa görüşməsi zamanı satışa çıxarılan aktivlərin real bazar qiymətləri müəyyən olunur. Burada həmçinin aktivlərin geri ödənməsi səviyyəsi, onun müddətləri müəyyənləşdirilir;
  • maliyyə bazarları investorlar üçün pullarını ən səmərəli istiqamətlərə yerləşdirmək üçün yer, imkan və şərait yaradır. Bu vaxt nəinki ölkə, hətta bütün dünya üzrə seçmə imkanı yaranır. Bu isə firmalar üçün ən sərfəli qiymətlə maliyyə mənbəyi tapmağa imkan verir;
  • maliyyə bazarının funksiyalarından biri də maliyyə ehtiyatlarının köçürmə xərclərinin (araşdırma və informasiya xərcləri) minimuma endirilməsindən ibarətdir.

Dünya ticarətində beynəlxalq xidmət və mal axınları ilə paralel kapital axınları da mövcuddur. Beynəlxalq kapital axınlarını üç ana başlıq əsasında cəmləmək mümkündür: dövlətin iqtisadi təşəkkülünü maliyyələşdirməyə istiqamətlənmiş qarşılıqsız kredit və ya kredit formasındakı rəsmi kapital axınları (dövlətdən dövlətə və yaxud dünya bankından verilən iki ya da çoxtərəfli xarici köməklik), bilavasitə xarici kapital qoyuluşları və portfel xarakterli kapital hərəkətləridir.

Dünya üzrə kapital dünya maliyyə bazarlarindan kommersiya şərtlərilə qazanılır. Bir dövlət rezidentləri başqa bir dövlət rezidentlərinə maliyyə qaynağı təşkil edirsə, ona dünya maliyyə işləmi deyilir. Dünya maliyyə işləminin əsas məqsədi-fond rəhbərlərinin xarici bazarlarda fondların istismara verilərək daxili bazarlara nəzərən daha böyük bir gəlir qazanmaqdır. Dünya kapital ixracı bir dövlətin əlindəki fondlarının başqa bir dövlətin kapital və fond bazarlarına yatırılması deməkdir. Əslinə qalsa kapital ixracı bir dövlətin pul toplamlarının başqa bir dövlətin iqtisadiyyatından ötrü istifadəsidir. Buna görə, iqtisadiyyatda iqtisadi irəliləyiş enir, işsizlik çoxalır və tədiyyə balansı dəyişir. Bir dövlət sakinlərinin başqa bir dövlət sakinlərini maliyyə qaynağıyla təminatlandırılmaları dünya kapital işləmidir və proses dünya kapital bazarlarında reallaşır.

Dünya kapital axınlarının olmasından ötrü hər şeydən qabaq bir maliyyə qaynağı və ya kapitalın (yatırım fondu) olması vacibdir. Maliyyə qaynağı və ya yatırım fondu müəyyən bir gəlir qarşılığında digərlərinin faydalanmasına verilən və hər vaxt istifadəyə hazır və likvidliyi böyük olan fondlardır. Maliyyə prosesləri maliyyə bazarlarinda yerinə yetirilir. Həmin bazarlar - pul bazarları və kapital bazarları olaraq iki yerə bölünür. Əgər maliyyə qaynaqları qismən faiz gəliri qazanmaq məqsədilə hərəkətlənirsə, bu əmeliyyat kredit adlanır. Dünya maliyyə hərəkətləri qısa (1 ildən aşağı), orta (1 - 5) və böyük (5 ildən artıq) müddətlidir.Pul bazarlarındakı proseslər əsasən kommersiya bankları ilə yerinə yetirilir və buradakı proseslər azmüddətli sayılır. Kapital bazarinda işləmələr isə istiqraz və səhm tək qiymetli kagızlarla reallaşdırılır. İstiqraz qismən bir sabit faiz mədaxili qazandıran borc sənədidir. İstiqrazın vaxtı azdırsa, о vaxt onun adı maliyyə bonosu adlanır.

Beləliklə, maliyyə bazarlarinda satışa qoyulan fondlar istehlak olunmayıb investisiyaya istiqamətlənən gəlirlərdir. Həmin fondlar bir mədaxil qarşılığında borc verilir. Həmin gəlir faiz və ya dvident formasındadır. Dünya maliyyə hərəkətlərinin iki məqsədi mövcuddur. İlki, bir tərəfdən fərdlərin, firmaların və ölkə qurumlarının xarici fondlardan faydalanması, başqa yandan də mövcud imkan yığım imkanlarının dövlət xaricində dəyərləndirmə arzusu; ikincisi, bütün dünya əmeliyyat ların nəticəsində yaranan maliyyə hərəkətləri arasında bir xarici bərabərlik yaratmaq. Cari proseslərin kəsiri və ya artığı dövlətlər arasında Neft transferləri ilə nəticələnir. Bu “kapital hərəkətləri” adlanır. Kapital hərəkətləri əsasən beynəlxalq ianələr və köməklər, xarici borclanma və xarici fərdi investisiyalardan yaranır. Cari əmeliyyat balansı çoxaldıqca dövlət iqtisadiyyatının xaricdə mövcudluğu, kəsirli olarkən isə dövlətin xarici borcları çoxalır. İqtisadi vahidlər sərhədlərini dövlət içərisində və xaricində sərvət formasında tuturlar. Sərvət tərkibini ayırarkən hansı sərvətin daha böyük gəlir verəcəyinə nəzər yetirirlər. Bunun üçün də gəlirliyin bir çox dövlətlərdə fərqli olması beynəlxalq pulun axınına səbəb olur. Dünya maliyyə bazarlarinın quruluşuna köklü formada təsir edən amillər aşagıdakılardır:

  • Dünya Maliyyə bazarinda ümumi makroiqtisadi şərait;
  • Faiz çərçivəsində və valyuta kurslarında dalğalanma;
  • Pul və Kapital bazarinın işləməsini qaydaya salan qərarların tənzimləmə formaları;
  • Texnoloji vəziyyət;
  • Dünya iqtisadiyyatının təməllərini təyin edən fəal sektor, yəni istehsal, xarici ticarət, investisiya, firma qurumları və b.

Əmeliyyat ların artım miqdarına təsir edən ən mühüm amil “maliyyə sərbəstləşmə” hadisəsinin yaranmasıdır. Dünya maliyyə bazarlari çeşidli maliyyə varlıqları ticari bazarlardır. Həmin maliyyə varlıqları dörd kök üzərində yaranır: valyuta, kredit alətləri, qiymetli kagızlar və avropul: səhmlər və istiqraz.

Azmüddətli maliyyə vasitələrinin əməliyyat gördüyü bazarlar-“beynəlxalq pul bazarları” kimi adlanır və onun tərkibinə “Avrobazarlar” və “valyuta bazarları” olmaqla iki bazar yerləşir. Çoxmüddətli maliyyə hərəkətlərinin yerləşdiyi bazarlara isə “beynəlxalq istiqraz bazarları” , “beynəlxalq kredit bazarları” və “beynəlxalq səhm bazarlarından” təşkil olunub.

Elnur Sadıqov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının  professoru,iqtisad elmləri doktoru

Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR

29 Mart 2026