HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının Tulkərəmdəki lideri İsrail tərəfindən öldürülüb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Fələstin qruplaşması təsdiqləyib ki, Tulkərəmdəki lideri İsrailin pilotsuz təyyarəsinin avtomobilə endirdiyi zərbə nəticəsində həlak olub.
Bildirilib ki, o, baş verən hücumda ölən 5 nəfərdən biridir.
Qeyd olunub ki, avtomobildə olan digər dörd nəfərin kimliyi hələlik məlum deyil.
Mina Mikayılova











jpg-1725253222.webp)



