Sentyabrın 2-nə keçən gecə Rusiya ordusu ballistik raketlərlə Kiyevə hücum edib.
Bakıvaxtı.az bu barədə UNİAN-a istinadla xəbər verir.
Məlumata görə, bir neçə raket qrupu dalğalarla Ukrayna paytaxtına daxil olub.
Bildirilir ki, Qoloseyevski rayonunda dağıntıların düşməsi qeydə alınıb. Qeyri-yaşayış binalarına ziyan dəyib. Bundan başqa, dağıntılar Svyatoşinski, Dnepr və Şevçenkovski rayonlarına düşüb.
Kiyevin meri Vitali Kliçko qeyd edib ki, Svyatoşinski rayonunda dörd avtomobil dağıntıların, Qoloseyevskidə qeyri-yaşayış binasının, Svyatoşinskidə anbar binasının düşməsi səbəbindən yanır. Şevçenko rayonunda da yanğın var. Bütün xidmətlər yerli olaraq fəaliyyət göstərir.
“Svyatoşinski və Şevçenko rayonlarına da həkimlər çağırılır, bütün xidmətlər həmin yerə göndərilir”.
Metronun “Svyatoşin” stansiyasına da ziyan dəyib. Qeyd edək ki, bu stansiya həm də sığınacaq kimi işləyir.
Murad Məmmədli
















