• Bakı 26° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

KİV: Netanyahu onları istefaya göndərməyi planlaşdırır

DÜNYA

03 Avqust 2024 | 10:23

KİV: Netanyahu onları istefaya göndərməyi planlaşdırır

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herz Halevini və Şin Bet əks-kəşfiyyat agentliyinin rəhbəri Ronen Barı istefaya göndərməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti “Walla News”un müxbiri Tal Şalevə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Netanyahu Qalantı ABŞ-yə səfərindən sonra istefaya göndərmək istəsə də, bu qərarın icrası “Hizbullah”ın Məcdəl Şəmsə hücumu və HƏMAS lideri və “Hizbullah”ın hərbi qanadının liderinin öldürülməsi səbəbindən təxirə salınıb.

Jurnalist əlavə edib ki, Netanyahuya yaxın mənbələrin sözlərinə görə, Baş nazir İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevini və Şin Betin rəhbəri Ronen Barı da istefaya göndərməyi planlaşdırır.

Onun sözlərinə görə, bu cür addımların atılmasında məqsəd oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülmüş şəxslərin qaytarılması ilə bağlı Netanyahunun danışıqlar aparmasına qarşı etirazı aradan qaldırmaqdır.


SON XƏBƏRLƏR