• Bakı 27° C

    5.06 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Rusiya tank mərmiləri üçün barıt istehsalına başlayacaq

DÜNYA

04 Iyul 2024 | 11:39

Rusiya tank mərmiləri üçün barıt istehsalına başlayacaq

Rusiya Hindistanda Mango tank mərmiləri üçün barıt istehsalına başlamağı planlaşdırır. 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Rostec" dövlət korporasiyasının baş direktoru Sergey Çemezov məlumat verib.

Onun sözlərinə görə,  "Rostec" dost ölkələrlə sənaye tərəfdaşlığı sahəsində mühüm təcrübəyə malikdir. Bir çox layihələr texnologiya transferi və səriştələrin mübadiləsini əhatə edir. Layihələrin əksəriyyəti isə Hindistanla tərəfdaşlıq çərçivəsində həyata keçirilib:

"Dövlət korporasiyası Hindistanda birləşmiş mühafizəsi olan zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulmuş zirehli deşici sabot mərmisi ilə 3VBM17 Mango mərmilərinin istehsalını təşkil edib. Layihə "Make In India" proqramı çərçivəsində həyata keçirilir. Bunların arasında T-90 tanklarının, zirehli deşici sabot mərmisi olan Manqo mərmilərinin və digər silah sistemlərinin lisenziyalı istehsalı var. Manqo mərmilərinin istehsalının ən yüksək səviyyədə lokallaşdırılmasını təmin etmək üçün Hindistanda barıt istehsalına başlamaq planlaşdırılır".

Gülşən Şərif


SON XƏBƏRLƏR

06 Iyul 2024