• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Putin: Üzv dövlətlərin təhlükəsizliyi ŞƏT-in prioritetlərindən biridir

DÜNYA

04 Iyul 2024 | 12:21

Putin: Üzv dövlətlərin təhlükəsizliyi ŞƏT-in prioritetlərindən biridir

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) əsas prioritetlərindən biri olaraq üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsi olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Putin üzv ölkələrdə və təşkilatın xarici sərhədləri boyunca təhlükəsizliyin qorunmasını ŞƏT-in prioritetlərindən biri kimi adlandırıb.

O qeyd edib ki, məhz buna görə də bu gün ŞƏT-in Regional Antiterror Strukturunun universal bir mərkəzə çevrilməsi barədə qərar qəbul edilib.

Bundan əlavə, Putin Astana sammitində təsdiq edilmiş xüsusi əməkdaşlıq proqramının ŞƏT ölkələrində separatizm və ekstremizmə qarşı mübarizəni asanlaşdıracağını vurğulayıb.

Rusiya lideri ŞƏT ölkələrinin biznes qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib:

"Təşkilatın Biznes Şurası fəaliyyətini davam etdirir, ölkələrimizin işgüzar dairələrinə qarşılıqlı faydalı layihələrə qoşulmaq imkanı verir. Bundan başqa, Şanxay Təşkilatı Banklararası Konsorsiumu belə layihələrin maliyyələşdirilməsi üçün fəal işləyir", - Putin bildirib.

Günel Abbas

 


SON XƏBƏRLƏR

06 Iyul 2024