"İsveçrədə keçiriləcək Ukrayna konfransının Rusiya əleyhinə tədbirə çevrilməməsi çox vacibdir".
Bakıvaxtı.az "İzvestiya"ya istinadən bildirir ki, bu bəyanatla Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin (GCSP) direktoru Tomas Qreminger çıxış edib.
O, qeyd edib ki, yalnız üç məqsədə nail olduqdan sonra istənilən uğurdan danışmaq mümkün olacaq:
"Birincisi, bütün sülh planlarını açıq kontekstdə təqdim etmək üçün inklüziv platforma yaratmaqdır. İkinci məqsəd humanitar məsələlər, ərzaq təhlükəsizliyi və nüvə təhlükəsizliyi üzrə ideyaların müzakirə olunmasıdır. Üçüncüsü isə prosesin müəyyənləşdirilməsinə imkan yaradılmasıdır".
Gülşən Şərif
















