• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Putin: "Ərdoğanla fikir mübadiləsi aparılır"

DÜNYA

04 Iyul 2024 | 11:33

Putin: Ərdoğanla fikir mübadiləsi aparılır

"Tükiyə ilə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılır və bölgədəki vəziyyət müzakirə edilir". 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Astanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Rusiya prezidenti Vladimir Putin deyib.

O, bildirib ki, uzun müddətdir Ərdoğanla üz-üzə gələ bilməsə də, əməkdaşlıqla bağlı danışıqlar davam edir.

Görüşün onunda prezident Ərdoğan Putini Türkiyəyə dəvət edib.

Qeyd edək ki, görüşdə Türkiyə və Rusiya arasında ikitərəfli münasibətlər, o cümlədən Ukrayna-Rusiya müharibəsindəki son vəziyyət, İsrailin Fələstin ərazilərinə hücumları, Suriyadakı gərginliyin həlli yollarının axtarışı və terrorla mübarizə məsələləri müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin regionda və dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin əvvəlcə atəşkəs, sonra isə sülhlə sona çatması üçün Türkiyənin razılaşmaya zəmin yarada biləcəyini bildirib.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

06 Iyul 2024