• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

217 dəfə Covid peyvəndi vurdurdu

DÜNYA

06 Mart 2024 | 13:05

217 dəfə Covid peyvəndi vurdurdu

Almaniyada 62 yaşlı kişi 217 dəfə Covid peyvəndi vurdurub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumat Lancet İnfeksion Xəstəliklər jurnalında yer alıb. Peyvəndlər 29 ay ərzində özəl klinikalarda vurulub.

Erlangen-Nurember Universitetinin tədqiqatçıları sözügedən adamda heç bir problem olmadığını bildiriblər.

Universitetin Mikrobiologiya fakültəsindən Dr. Kilian Schober “Biz bu işi qəzet xəbərlərindən öyrəndik. Sonra onunla əlaqə saxladıq və Erlangendə bəzi müayinələrdən keçirmək istədiyimizi bildirdik. O, böyük maraq göstərdi" deyib.

Pasientdən qan və tüpürcək nümunələri götürülüb, ekspertlər son illərdə saxlanılan dondurulmuş qan nümunələrini də araşdırıblar.

“Biz araşdırma apararkən onun təkidi ilə yenidən Covid peyvəndi vuruldu. Daha sonra immun sisteminin peyvəndlərə reaksiyasını dəqiq müəyyən etmək üçün nümunələrdən istifadə etmək imkanımız oldu", - deyə həkim qeyd edib.

Maqdeburq şəhərinin prokuroru sözügedən şəxsin vurdurduğu 130 peyvəndin sübutunu toplayıb və saxtakarlıq üzrə istintaqa başlayıb, lakin heç bir ittiham irəli sürülməyib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026