ABŞ-də Azadlıq heykəlini ildırım vurub.
Bakıvaxtı.az-ın məlumatına görə, ildırım “Azadlığın” əlində tutduğu məşələ dəyib. Heykəlin özünə zərər toxunmayıb.
Qeyd edək ki, il ərzində heykəli bir neçə dəfə ildırım vurur. Heykəldən dörd elektrikötürücü (“zazemleniye”) naqil torpağa bərkidilib. Buna görə də bu cür təbii hadisələr ona heç bir zərər vermir.
















