• Bakı 15° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

İsrail və HƏMAS atəşkəs barədə razılığa gələ bilər

DÜNYA

05 May 2024 | 04:46

İsrail və HƏMAS atəşkəs barədə razılığa gələ bilər

İsrail və Fələstinin HƏMAS qruplaşması arasında bir neçə gün sonra atəşkəs razılaşması əldə edilə bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CNN“ məlumat yayıb. 

    Bununla belə, atəşkəsin daha ətraflı şərtləri sonrakı danışıqlar zamanı müzakirə olunacaq.

    Mayın 4-də Qahirədə İsrail və HƏMAS qruplaşmasının nümayəndələri arasında ABŞ, Qətər və Misirin təmsil etdiyi vasitəçilərin iştirakı ilə danışıqların növbəti raundu keçirilib. 

    Görüşdən sonra məlum olub ki, tərəflər arasında yekun razılaşma daha bir neçə gün danışıqlar aparacaq. 

    Görüş iştirakçıları potensial sazişin texniki aspektlərinin müzakirəsində irəliləyiş əldə ediblər. 

    Eyni zamanda, iki israilli mənbə iddia edir ki, razılaşmanın özünün yekunlaşdırılması daha bir həftə çəkə bilər. (Apa)


    SON XƏBƏRLƏR

    17 May 2024