• Bakı 14° C

    2.27 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Türkiyədə bu kilsə müsəlmanların ixtiyarına verildi

DÜNYA

05 May 2024 | 04:08

Türkiyədə bu kilsə müsəlmanların ixtiyarına verildi

Türkiyənin İstanbul şəhərində yerləşən, Bizans imperiyası dövründən yadigar qalmış, daha sonra isə müsəlmanların məscid olaraq qoruyub saxladıqları və içində ibadət etdikləri Kariye məscidi (keçmiş adı Xilaskar Müqəddəs Hora Kilsəsi - red) ibadət üçün dindarların istifadəsinə veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, dörd illik bərpa işlərindən sonra nəhayət Kariye məscidi istifadəyə veriləcək.

Açılış mərasiminə Rəcəb Tayyib Ərdoğanın da videobağlantı ilə qoşulacağı qeyd olunub. 

Məlumat üçün əlavə edək ki, Kariye məscidi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.(Oxu.az)


SON XƏBƏRLƏR