• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qohumlarına hökümətdə VƏZİFƏ VERDİ

DÜNYA

05 Fevral 2024 | 14:53

Qohumlarına hökümətdə VƏZİFƏ VERDİ

Çeçenistan lideri Ramazan Kadırov övladlarının və qohumlarının əksəriyyətini hökumətdə yüksək vəzifələrə təyin edib.

Bakivaxti.az xəbər verir ki,bu barədə hökumətin sosial media hesabında məlumat paylaşılıb.

Qeyd olunur ki, Kadırov 24 yaşlı qızı Kadizat Kadırovanı vitse-prezident təyin edib.

R.Kadırovun başqa bir qızı - əvvəllər mədəniyyət naziri olmuş 25 yaşlı Ayşatı baş nazirin müavinidir. Kadırovun böyük oğlu -18 yaşlı Əhməd idman və gənclər nazirinin müavini olub.

17 yaşlı Adam Kadırov isə Çeçenistan rəhbərinin təhlükəsizlik idarəsinin rəisi vəzifəsində çalışır.

Çeçenistan rəhbərinin kürəkəni kənd təsərrüfatı naziri, qaynı isə nəqliyyat naziridir və o, 27 yaşlı qardaşı oğlu Həmzəti təhlükəsizlik məsələləri üzrə müşaviri edib.

Ümumiyyətlə, Kadırovun övladlarının əksəriyyəti və onların qohumları hazırda hökumətdə yüksək vəzifə tuturlar.

 Mina Mikayılova

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026