Rusiyanın Ukrayna üzərində qələbəsinin həm Fransa, həm də Avropa üçün pis nəticələri olacaq.
Bakıvaxtı.az “TF1”ə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Stephane Sejournet bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı bu ssenaridən qaçmalıdır.
“Vladimir Putin sadəcə olaraq bizim bir-birimizlə həmrəyliyimizi sınamağa çalışır. Bu ssenaridən qaçmaq, qismən müttəfiqlərimizlə Ukraynada nəzarəti əldə saxlamaq, ikitərəfli razılaşmalar üzrə danışıqlar aparmaq və sonra ukraynalılara bacardığımız qədər kömək etməliyik”.
O, həmçinin qeyd edib ki, Rusiyanın istədiyi kimi hərəkət etməsinə icazə verilməməlidir:
"Biz dönüş nöqtəsindəyik, bu bizi Rusiya ilə qarşı-qarşıya qalmağa məcbur edir. Fransızları və avropalıları qorumaq üçün balansı qorumalıyıq".
Günəş Mərd















