• Bakı 23° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Uşaqlar üçün “seksual geyim” istehsal edən brend TƏNQİD OLUNDU

DÜNYA

05 Fevral 2024 | 16:30

Uşaqlar üçün “seksual geyim” istehsal edən brend TƏNQİD OLUNDU

Moda dünyasının sürətlə yüksələn Çin markası SHEIN yeni uşaq kolleksiyası ilə tənqid hədəfidir.

Bakivaxti.az xəbərverirki, buna səbəb SHEIN-in crop bluzlar və mini ətəklərdən ibarət uşaq geyim kolleksiyasıdır.

3-6 yaşlı qızlar üçün nəzərdə tutulan geyimlər "qadına xas və seksual" olduğu üçün tənqid edilir. Kolleksiyada bədənə yaraşan parlaq paltarlar, birqol, qısa və dekolteli koftaları görən müştərilər sosial şəbəkədə brendi sərt tənqid ediblər.

Brendin reklamlarında qızın geyindiyi məxmər libas və balaca modellərin "qadın" pozalarına da reaksiyalar olub.

Çoxları geyimlərin uşaqlar üçün uyğun olmadığını şərh edib. Bəziləri də insanların uşaqlarına belə paltarlar almasına inanmadıqlarını bildirirblər.

2008-ci ildə qurulan SHEIN-in reklamlarında əvvəllər Katy Perry, Rita Ora, Hailey Bieber və Khloe Kardashian çəkilib.

Brend daha əvvəl istehsal müəssisələrindəki iş şəraitinə görə tənqid hədəfinə çevrilmişdi.

Mina Mikayılova


Uşaqlar üçün “seksual geyim” istehsal edən brend TƏNQİD OLUNDUUşaqlar üçün “seksual geyim” istehsal edən brend TƏNQİD OLUNDUUşaqlar üçün “seksual geyim” istehsal edən brend TƏNQİD OLUNDU
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR