Rusiyanın Ryazan vilayətində yerləşən Dubroviçi poliqonunda yanğınsondürmə hazırlığı zamanı partlayıcı qurğu kortəbii şəkildə işə düşüb.
Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğu bildirib.
Məlumata görə, Rusiya qvardiyasının bir əməkdaşı həlak olub, ikisi yaralanıb.
















