• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Blinken İstanbulda Fidanla görüşdü - YENİLƏNİB

DÜNYA

06 Yanvar 2024 | 15:15 | Müəllif: Subhan Mahmudov

Blinken İstanbulda Fidanla görüşdü - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

14:06

İstanbulun Vahdettin iqamətgahında Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

A.Blinken Yaxın Şərq ölkələrinə səfərə çıxıb. Onun ilk dayanacağı Türkiyədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ diplomatiyasının rəhbərini qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün bölgədə səfərdədir.

O, Türkiyədən sonra Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə səfər edərək danışıqlar aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR