• Bakı 23° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

ABŞ “Cope North 2024” hərbi təlimləri başlayıb

    DÜNYA

    05 Fevral 2024 | 13:55

    ABŞ “Cope North 2024” hərbi təlimləri başlayıb

    Fevralın 5-də Sakit okeanın qərbində ABŞ-ın rəhbərliyi ilə çoxmillətli hərbi hava qüvvələrinin “Cope North 2024” adlandırılan irimiqyaslı təlimləri başlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın Sakit okean komandanlığının məlumatına görə, Quam və Mariana adalarının altı aerodromunu əhatə edən təlimlərdə Birləşmiş Ştatlar, Yaponiya, Cənubi Koreya və Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı və bombardmançılar da daxil olmaqla, 85 müxtəlif təyyarə iştirak edir. Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələri təlimlərə dörd B-52H “Stratofortress” strateji bombardmançı təyyarə göndərib.

    “Cope North 2024” ABŞ Hərbi Hava Qüvvələri tərəfindən maliyyələşdirilən çoxmillətli səhra təlimidir. Fevralın 23-dək davam edəcək təlimlərə aralarında 1700 amerikalının olduğu 2400 hərbçi qatılacaq. Fransa və Kanada manevrlərdə müşahidəçi qismində iştirak edəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR