Türkiyənin Samsun şəhərinin Vezirköprü rayonunda şagirdləri daşıyan avtobus aşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində sürücü və 19 şagird yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
















