• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bayden Netanyahunu şantaj etdi

DÜNYA

05 Aprel 2024 | 11:04

Bayden Netanyahunu şantaj etdi

ABŞ prezidenti Co Bayden telefon danışığı zamanı İsrailin baş naziri Benyamin Netanyahunu ölkəyə əlavə yardım üçün şantaj edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Yarım saatlıq söhbət zamanı Amerika prezidenti hədələyib ki, o, yalnız İsrailin Qəzza zolağında mülki insanlara münasibətini yaxşılaşdıracağı təqdirdə gələcək dəstəyi verə bilər.

“Bayden anklavdakı humanitar vəziyyəti qəbuledilməz adlandırıb və Netanyahudan qorumaq üçün tez bir zamanda konkret tədbirlər görməsini israr edib”.

ABŞ prezidenti Netanyahunu HƏMAS ilə “dərhal atəşkəsə” və girovların azad edilməsinə səbəb olacaq saziş bağlamağa çağırıb.

Ağ Ev bir neçə saat və ya gün ərzində baş nazirdən konkret addımlar gözləyir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026