• Bakı 20° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Çilidə meşə yanğınları: 120 ölü - FOTOLAR - YENİLƏNİB

DÜNYA

05 Fevral 2024 | 13:37 | Müəllif: Qalib İbrahimoğlu

Çilidə meşə yanğınları: 120 ölü - FOTOLAR - YENİLƏNİB

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 120 nəfəri ötüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğınsöndürənlər Çilinin mərkəzindəki bütün məhəllələrdə şiddətli meşə yanğınlarını söndürmək üçün mübarizə aparırlar.

Prezident Qabriel Boric isə ölkənin "çox genişmiqyaslı faciə" ilə üz-üzə qalacağı barədə xəbərdarlıq edib. Rəsmilər, meşə yanğınları nəticəsində ölənlərin sayının artmaqda davam edəcəyini ehtimal edirlər.

Məlumatda qeyd olunub ki, yüzlərlə itkin düşmüş insanlar var və onların axtarışı davam edir.

Qeyd edək ki, fevralın 2-də Prezident yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Dövlət qurumlarının məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib.

08:37

***

Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub hissələrini təsir edən meşə yanğınlarında ölənlərin sayı artır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, yanğında həyatını itirənlərin sayı 112 nəfərə çatıb.

Hadisə ilə əlaqədar ölkədə 2 günlük milli matəm elan edilib .

Səlahiyyətlilər həmçinin Valparaisodakı meşə yanğınlarında təxminən 1400 evin zərər gördüyünü bildirib.

Çili prezidenti Qabriel Boric açıqlamasında, şərtlər nəzərə alınaraq yanğınlarda həyatını itirənlərin sayının artacağının güman edildiyini bildirib. Yanğınlardan zərər çəkmiş bölgələrə hərbi birləşmələrin yerləşdiriləcəyini bildirən Boric, lazım olan bütün resursların hazır olacağını vurğulayıb.

Daxili işlər naziri Karolina Toha qeyd edib ki, yanğınsöndürənlər təxminən 40 yanğını nəzarətə götürüb və 29 meşə yanğını ilə mübarizəni davam etdiriblər.

Nazir bəzi yanğınların qəsdən tərədldiyini güman edir.

Qeyd edək ki, Valparaiso şəhərinin təxminən 20 kilometrliyində yerləşən Penuelas Gölü Təbiət Parkında yanğın olub.

Nərgiz Məmmədli


Çilidə meşə yanğınları: 120 ölü - FOTOLAR - YENİLƏNİBÇilidə meşə yanğınları: 120 ölü - FOTOLAR - YENİLƏNİBÇilidə meşə yanğınları: 120 ölü - FOTOLAR - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR