• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yapon alimləri: Nemoslar tək qalmağı xoşlayır

DÜNYA

05 Fevral 2024 | 12:46

Yapon alimləri: Nemoslar tək qalmağı xoşlayır

Yapon alimlərinin araşdırması təlxək balıqlarının öz növlərinə qarşı aqressiv davrandığını ortaya çıxarıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, təxminən, 30 növü olan təlxək balığı Pomacentridae ailəsinin bir hissəsidir.

Okinava Elm və Texnologiya İnstitutunun alimlərinin araşdırmasında Latın adı amphiprion ocellaris olan təlxək balıq növü araşdırılıb. Bu balıq həm də 2003-cü ildə "İtkin balıq Nemonu" adlı film ilə məşhurlaşıb.

Tədqiqatda daha əvvəl digər təlxək növləri ilə qarşılaşmayan gənc təlxək balıqları akvariuma yerləşdirilib. Akvariumda həm amphiprion ocellaris, həm də digər təlxək balıq növləri olub. Üç ağ şaquli zolaqlı təlxək balığının öz növünün balıqlarına qarşı daha aqressiv davrandığı müəyyən edilib.

Araşdırmanı aparan elm adamlarından Kina Hayaşi amphiprion ocellaris-in digər təlxək balıqlarındakı zolaqları sayaraq eyni növ olub-olmadığını müəyyən edə bildiyini söyləyib. Amphiprion ocellaris zolaqsız və ya tək zolaqlı təlxək balıqlarına qarşı eyni aqressivliyi nümayiş etdirmirdi.

“Bu təcrübə göstərdi ki, ağ şaquli zolaqların sayı eyni növün fərqləndirilməsində və hücum edib-etməməsinə qərar verməkdə mühüm rol oynayır”, - deyə Hayaşi qeyd edib.

Qeyd edək ki, raşdırmanın nəticələri “Journal of Experimental Biology” elmi jurnalında dərc olunub.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR