• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İraq xarici hərbi qüvvələri ölkədən çıxarır

DÜNYA

06 Yanvar 2024 | 16:43 | Müəllif: Subhan Mahmudov

İraq xarici hərbi qüvvələri ölkədən çıxarır

İraq xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına başlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani açıqlayıb. 

Məlumata görə, bu barədə qərar İranyönümlü "Hizbullah əl-Nucaba" hərəkatının səhra komandiri Müştaq Cavad Qasim əl-Cəvarinin Bağdadda ABŞ hərbçilərinin zərbələri nəticəsində ölməsindən sonra verilib. 

Pentaqon öz növbəsində dünən Bağdadda endirilən bu hücuma görə məsuliyyəti üzərinə götürüb və bildirib ki, sözügedən komandir amerikalı hərbçilərə qarşı hücumun planlaşdırılmasında iştirak edib. 

Agentlik qeyd edir ki, 2014-cü ildən İraqda İŞİD-in baş qaldırmasının qarşısını almaq məqsədilə təqribən 2500 amerikalı hərbçi yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026