• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ana və uşaq ölümü böyük problemdir - Əhliman Əmiraslanov

CƏMİYYƏT

29 Noyabr 2023 | 15:33

Ana və uşaq ölümü böyük problemdir - Əhliman Əmiraslanov

"Bu gün ana və uşaq ölümü bütün dünyada, o cümlədən bizdə də böyük problemdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, bu sahədə ölkəmizdə əslində xeyli uğurlar qazanılıb:

"90-cı illərin əvvəllərində hər min nəfərə 30 ana-uşaq ölümü düşürdüsə, indi bu rəqəm 11-dir. Biz çalışmalıyıq ki, bu rəqəmləri daha da azaldaq. Burada bəzi məsələlər səhiyyə işçilərindən asılı olsa da, çoxu da vətəndaşların özlərindən asılıdır. Hamiləlik dövründə həmin qadınların nəzarətə götürülməməsi, erkən nikahlar və s. amillər ana və uşaq ölümlərinə səbəb olur".


SON XƏBƏRLƏR

26 Iyul 2024