• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səbaildə “Heydər Əliyev İli”ndə fərqlənmiş gənclər təltif olundu - FOTOLAR

CƏMİYYƏT

29 Dekabr 2023 | 13:53 | Müəllif: Qalib İbrahimoğlu

Səbaildə “Heydər Əliyev İli”ndə fərqlənmiş gənclər təltif olundu - FOTOLAR

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar Səbail rayonunda il ərzində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrin qaliblərinin mükafatlandırma tədbiri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları və fəal gənclər iştirak ediblər.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunmuş 2023-cü ilin ölkəmizin ictimai-siyasi həyatı baxımından mühüm əhəmiyyət daşıdığını bildirən Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov “Tədbirlər Planı”nın təsdiqlənməsi Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqlədiyini diqqətə çatdırıb. Tədbir zamanı cari il ərzində keçirilən tədbirlər və konfransların Heydər Əliyev epoxasının reallıqlarını və ideyallarını cəmiyyətə çatdırmaqla bərabər, həm də müstəqil Azərbaycan dövlətinin müasir mərhələsinin möhtəşəm nailiyyətlərini əhatə etdiyi qeyd olunub.

    Sonda Səbail rayonunda il ərzində keçirilmiş tədbir və müsabiqələrdə fərqlənmiş gənclər Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təltif olunublar.


    Səbaildə “Heydər Əliyev İli”ndə fərqlənmiş gənclər təltif olundu - FOTOLARSəbaildə “Heydər Əliyev İli”ndə fərqlənmiş gənclər təltif olundu - FOTOLARSəbaildə “Heydər Əliyev İli”ndə fərqlənmiş gənclər təltif olundu - FOTOLARSəbaildə “Heydər Əliyev İli”ndə fərqlənmiş gənclər təltif olundu - FOTOLARSəbaildə “Heydər Əliyev İli”ndə fərqlənmiş gənclər təltif olundu - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR