• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

4 ay komada olan hərbçimiz şəhid oldu - YENİLƏNİB

CƏMİYYƏT

28 Yanvar 2024 | 12:58 | Müəllif: Subhan Mahmudov

4 ay komada olan hərbçimiz şəhid oldu - YENİLƏNİB

Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə başsağlığı verir və səbir diləyir. 

Allah rəhmət eləsin!

 

11:27

Sentyabrın 19-20-də düşmən təxribatının qarşısını alan zaman ağır yaralanan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE)  Qasımov Hacıəli Tahir oğlu dünən şəhid olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tovuz rayonu İcra Hakimiyyətinin Qaraxanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib. 

2002 ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu Tovuz rayon Qaraxanlı kəndində anadan oldub. O, bu gün kənd qəbristanlığında dəfn olunacağı nəzərdə tutulub. 

Ailəd dörd övlad olublar.

Allah rəhmət eləsin.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026