"Xiaomi"nin ilk avtomobilini nümayiş etdirilib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, avtomobil Barselonada keçirilən MWC 2024 sərgisində təqdim olunub.
Məlumata görə, avtomobil idman dizaynına malikdir - Xiaomi onu "performans sedanı", dörd qapı və tam elektrik güc aqreqatı kimi təsvir edib. SU7 saatda 100 kilometr sürətlənməni 2,78 saniyəyə təmin edən elektrik mühərrikləri ilə təchiz edilib.
Sərgidə elektromobil ilk dəfə jurnalistlərə nümayiş etdirilib.
Avtomobil 101 kilovat-saat tutumlu akkumulyatora və 800 kilometrə qədər güc ehtiyatına malikdir. Korporasiya mütəxəssisləri bildiriblər ki, SU7-nin qurulduğu platforma 150 kilovat-saatlıq akkumulyatorla təchiz oluna bilər - bu halda elektromobilin uçuş məsafəsi 1100 kilometrə qədər olacaq. Həmçinin sürətli şarjı dəstəkləyir.
Avtomobil avtonom idarəetmə üçün radar və sensorlar, sürücü üçün baş üstü displey və sərnişinlər üçün 16 düymlük məlumat-əyləncə ekranı ilə təchiz edilib.
Xiaomi onun qiyməti və bazara çıxarılma vaxtını açıqlanmır.
Mina Mikayılova
















