• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Göz şişir, qızarır, yaşarır... - Oftalmoloqdan ÇAĞIRIŞ: Xəstə vicdanlı olmalıdır ki, xəstəliyi...

CƏMİYYƏT

28 Mart 2024 | 11:26

Göz şişir, qızarır, yaşarır... - Oftalmoloqdan ÇAĞIRIŞ: Xəstə vicdanlı olmalıdır ki, xəstəliyi...

Mart ayının gəlməsi ilə bir çox xəstəliklər yayılır, bakteriyalar oyanır. Son günlər əksəriyyət göz infeksiyasından əziyyət çəkir. Belə ki, onlar gözlərinin şişdiyini, qızardığını və yaşardığını iddia edirlər.

Bu xəstəliyin adı nədir? Bundan necə qoruna bilərik?

Oftalmoloq Aynurə Əliyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, fəsil dəyişikliyi olduqda, xüsusən yaz və payız aylarında orqanizmdə avitaminoz baş verir. Onun sözlərinə görə, bu səbəbdən immunitet zəifləyir. Nəticədə, ətrafda olan bakteriya və viruslar orqanizmə daha çox təsir edib xəstəliklərə yoluxdurur:

“Bir də gigiyena və izolasiya qaydalarına əməl etmədikdə belə hallar baş verir. Məsələn, qrip olan şəxs maska taxmır, iş yerində digərlərinin əşyalarından da istifadə edirlərsə, xəstəliyin yayılmasına səbəb olurlar”.

Həkim bildirib ki, gözlərin şişməsi, qızarması, yaşarması, hətta irinli ifrazatla yapışması konyuktivit (gözün ön səthinin iltihabı) əlamətləridir:

“Konyuktivitlər virus mənşəli olduqda daha az sıçrayışla yayılır, 14-21 gün arasında gec sağalır, yoluxucu olur, hətta ağırlaşma halları baş verir. Bakterial konyuktivit isə immunitetin zəifləməsi fonunda yaranır. Yəni havada, əldə, kirpik diblərində olan bakteriyalar immunitet zəiflədiyi üçün aktivləşib xəstəlik törədirlər. Viruslu konyuktivitlər müqayisədə bu az yoluxur. Lakin hər iki növdə gözdə qızartı, sulanma, şişkinlik, bəzən irinli, selikli ifrazat olur”.

Müsahibimiz qeyd edib ki, virus mənşəli konyuktivit daha keçicidir:

“Ona görə virus mənşəli konyuktivitdən əziyyət çəkən insanlara izolasiya olunmağı, qətiyyətlə gigiyena qaydalarına riyaət etməyi, şəxsi əşyaları ayırmağı, evdə körpə uşaq varsa, yaxınlaşmamağı məsləhət görürük. Bu insanlar istifadə etdiyi pambığı belə ortalıqda qoymamalı, yastıq üzlərini tez-tez dəyişməlidirlər”.

Oftalmoloq dərman tədbiq etdikdə qablaşmanın gözə toxunmamasını tövsiyə edir:

“Eynək istifadə edənlərə bu mərhələdə eynəyi yumağı məsləhət görürük. Linza istifadəçiləri konyuktivitə yoluxublarsa, xəstəlik zamanı istifadə etdikləri linza artıq yararsız sayılır”.

Aynur Əliyeva: Virus mənşəli konyuktivit daha keçicidir

A.Əliyeva vurğulayıb ki, xəstə vicdanlı olmalıdır ki, özündə olan xəstəliyi digərlərinə yoluxdurmasın. Onun sözlərinə görə, qorunmaq üçün xəstə şəxsin əşyalarından istifadə etməmək lazımdır:

“Xüsusən xanımlar makiyaj etdirmək üçün salona getdikdən sonra yoluxurlar. Çünki istifadə olunan kosmetik vasitələr təmiz olmur, saxlanma qaydalarına riyət edilmir. Və yaxud həmin salona gedən kimsə konyuktivitə yoluxub və ona istifadə edilən vasitələr sizə də tədbiq edilib. Belə hallarla tez-tez rastlaşırıq. Ona görə hər şey individual olmalıdır. Xüsusən xanımlar gözə vurulan karandaşa, pomadaya belə diqqət etməlidirlər”.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Aprel 2024