• Bakı 14° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Real"dan Mbappeyə qadağa

İDMAN

26 Aprel 2024 | 23:00 | Müəllif: Subhan Mahmudov

"Real"dan Mbappeyə qadağa

"Real Madrid" PSJ-nin fransalı futbolçusu Kilian Mbappe ilə müqavilənin şərtlərini razılaşdırıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real Madrid”in şərtlərindən biri fransalı futbolçunun 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirak etməməsidir. 

"Real Madrid" artıq Fransa Futbol Federasiyasına Mbappeni Oyunlara buraxmayacaqları barədə məlumat verib. Həmçinin "Los Blancos"un bütün oyunçuları Olimpiadaya gedə bilməyəcək.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm hücumçu Fransa Liqa 1-də PSJ-nin heyətində 28 matçda 26 qola imza atıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026