• Bakı 30° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Daha üç güləşçimiz Avropa çempionatında medal qazandı

İDMAN

26 May 2024 | 19:46

Daha üç güləşçimiz Avropa çempionatında medal qazandı

Azərbaycanın daha üç sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Cəbrayıl Qadjiyev (74 kq) qızıl, Nurəddin Novruzovla (61 kq) Arseni Djioyev bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) ötən gün gümüş medal qazanıblar. Daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.


SON XƏBƏRLƏR

16 Iyun 2024