• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

"Qəbələ"də yeni müqavilə

İDMAN

25 Iyun 2024 | 14:58

Qəbələdə yeni müqavilə

“Qəbələ” klubu Asif Məmmədovla müqavilənin müddətini uzadıb.

Bakıvaxtı.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti qarşıdakı bir il üçün nəzərdə tutulub.

“Qırmızı-qaralar”ın kapitanı 2024-2025-ci illər mövsümündə də bölgə təmsilçisinin formasını geyinəcək. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ” klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi 2006/2007 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib. O, bu müddətdə meydana çıxdığı 252 oyunda 17 qola imza atıb. A.Məmmədov Premyer Liqada 197 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.


SON XƏBƏRLƏR

28 Sentyabr 2024