• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Konfrans Liqası: Klublarımız ilk oyunlaına çıxır

İDMAN

25 Iyul 2024 | 09:48

Konfrans Liqası: Klublarımız ilk oyunlaına çıxır

Bu gün “Sumqayıt”, “Zirə” və “Sabah” klubları UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçlarına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Sumqayıtın eyniadlı təmsilçisi doğma meydanda “Fehervar”ı (Macarıstan) qəbul edəcək.

“Zirə” “Dalğa Arena”da Slovakiyanın “DAK 1904” klubu ilə qarşılaşacaq.

“Sabah” komandası isə səfərdə İsrail təmsilçisi “Makkabi”nin (Hayfa) qonağı olacaq. Bu görüş Macarıstanın “Varkert” stadionunda baş tutacaq.

“Sumqayıt”ın Macarıstan klubu ilə oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. “Zirə” - “DAK 1904” qarşılşaması saat 20:30-da start götürəcək. “Makkabi” (Hayfa, İsrail) - “Sabah” görüşünə isə saat 21:15-də start veriləcək.

UEFA konfrans Liqası

II təsnifat mərhələsi

25 iyul

20:00. “Sumqayıt” - “Fehervar” (Macarıstan)

Baş hakim: Florian Lata (Albaniya).

Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu.

20:30. “Zirə” - “DAK 1904”

Baş hakim: İvo Torres (Lüksemburq).

Mərdəkan, “Dalğa Arena”.

21:15. “Makkabi” (Hayfa, İsrail) - “Sabah”

Baş hakim: Natan Verboomen (Belçika).

Macarıstan, “Varkert” stadionu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026