• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Nərgiz İsmayılova beynəlxalq yarışa təyinat alıb

İDMAN

23 Avqust 2024 | 17:26 | Müəllif: Əli Hüseynov

Nərgiz İsmayılova beynəlxalq yarışa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb.

Bakıvaxtı.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, D qrupunda yer alan Estoniya və Xorvatiya komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Avqustun 24-də Estoniyanın paytaxtı Tallində keçiriləcək oyunun hakimləri polşalı Maqdalena Nevyarovskа və almaniyalı Benedikt Qеukеs olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026