• Bakı 22° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Sərbəst güləşçilərimiz Minskdə 8 medal qazandı

İDMAN

22 Sentyabr 2024 | 13:18 | Müəllif: Subhan Mahmudov

Sərbəst güləşçilərimiz Minskdə 8 medal qazandı

Belarusun paytaxtı Minskdə sərbəst güləş üzrə Aleksandr Medved turnirinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi yarışda iştirak edən yığmamız 8 medal qazanıb.

Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc medal əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026