• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Britaniyalı boksçu ağır çəki üzrə dünya çempionu olub

İDMAN

22 Sentyabr 2024 | 09:00 | Müəllif: Subhan Mahmudov

Britaniyalı boksçu ağır çəki üzrə dünya çempionu olub

Britaniyalı Daniel Dyubua Beynəlxalq Boks Federasiyasının (IBF) ağır çəki dərəcəsində dünya çempionu titulunu qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Londonda "Uembli" stadionunda keçirilən 12 raundluq döyüşdə Dyubua üç versiya üzrə sabiq dünya çempionu, həmyerlisi Entoni Coşuanı beşinci raundda nokautla məğlub edib.

Dyubua iyunun 2-də keçirdiyi son döyüşdə xorvatiyalı Filip Hrqoviçi səkkizinci raundda texniki nokautla məğlub edərək IBF-nin müvəqqəti dünya çempionu adını qazanıb. 27 yaşlı britaniyalının hesabında indi 22 qələbə (21-i nokautla), 2 məğlubiyyət var.

34 yaşlı Coşuanın hesabında indi 28 qələbə (25-i nokaut), 4 məğlubiyyət var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026