“Azərreyl” komandası daha bir voleybolçu ilə vidalaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Bakı klubu türkiyəli oyunçu Fatma İklimya Demir ilə başa çatan müqaviləni yeniləməyib.
Ötən ilin yayında ”dəmiryolçular”a keçən voleybolçu bu klubun heyətində Azərbaycan çempionluğu yaşayıb. O, ölkəsinin “Çanaqqala” komandasına keçib.
Qeyd edək ki, “Azərreyl” daha əvvəl rumıniyalı hücumçu Anamariya Berdila, bolqarıstanlı Libero Qalina Karabaşeva, amerikalı toppaylayıcı Qabrielle Benda, çinli Yiaru Yu tailandlı libero Piyanot Pannoy və dominikanlı blokçu Cineri Martines ilə əməkdaşlığa son qoyub.