q
  • Bakı 22° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Cüdo millimizin üç üzvü əməliyyat olundu

İDMAN

24 Avqust 2024 | 10:55

Cüdo millimizin üç üzvü əməliyyat olundu

Azərbaycan cüdo milli komandasının üzvləri Gültac Məmmədəliyeva, Elcan Hacıyev və Yaşar Nəcəfov ölkə xaricindən dəvət edilmiş yüksək səviyyəli ixtisaslaşmış cərrah tərəfindən əməliyyat olunublar.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Gültac Məmmədəliyevada sol çiynindəki zədə səbəbindən Latarjet əməliyyatı, Yaşar Nəcəfovda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcan Hacıyev də Akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və Endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.

Gültac Məmmədəliyevanın 16-20 həftə (təxminən 4-5 ay), Yaşar Nəcəfovun 12 həftə (təxminən 3 ay) və Elcan Hacıyevin 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıtması gözlənilir.

Qeyd edək ki, hər üç tatami ustası ölkəni Paris 2024 Yay Olimpiya Oyunlarında təmsil edib.


SON XƏBƏRLƏR

09 May 2026
08 May 2026