• Bakı 18° C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

"Zirə" "Sumqayıt"ı məğlub etdi

İDMAN

22 Sentyabr 2024 | 22:50

Zirə Sumqayıtı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunları başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, turun bağlanış matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.

Səfərdə "Sumqayıt"ın qonağı olan "Zirə" 2:0 hesablı qələbə qazanıb.

Paytaxt təmsilçisinin heyətində 22 və 69-cu dəqiqələrdə fərqlənən Rafael Utziq dubl müəllifi olub.

Qeyd edək ki, VII turun əvvəlki oyunlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" 'Turan Tovuz"u 2:1, "Sabah" isə "Səbail"i 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.


SON XƏBƏRLƏR