q
  • Bakı 22° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Qadın güləşçilərimiz REKORDA imza atıblar - son 9 ildə...

İDMAN

24 Avqust 2024 | 13:03

Qadın güləşçilərimiz REKORDA imza atıblar - son 9 ildə...

İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, mundialda iştirak edən 6 qız güləşçimizdən 3️-ü çıxışını medalla bitirib.

Nəzrin Əhmədli (40 kq), Günay Qurbanova (61 kq) və Zəhrə Kərimzadə (69 kq) dünya üçüncüsü olub.

Millimiz medalların sayına görə son 9️ ilin ən yaxşı nəticəsinə imza atıb. Böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında mundiala yollanan komandamız 5️5️ xalla 6-cı yeri tutub. Bu da U-17 dünya çempionatları tarixində qadın güləşində topladığımız ən yüksək xaldır. /idman.biz


SON XƏBƏRLƏR

09 May 2026
08 May 2026