• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

UEFA-dan "Qarabağ"la bağlı PİS XƏBƏR

İDMAN

23 Sentyabr 2024 | 11:23

UEFA-dan "Qarabağ"la bağlı PİS XƏBƏR

UEFA "Qarabağ" klubunu 28500 avro cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, buna "köhlən atlar"ın Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub.

Ağdam təmsilçisi Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında "komandanın düzgün olmayan davranışı"na görə 6000 avro ödəyəcək.

Azərbaycan çempionu Bakıda Xorvatiyanın "Dinamo" kollektivinə uduzduğu (0:2) pley-mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. "Qarabağ" "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə 22500 avro cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026