Serbiya Superliqasının 9-cu turu çərçivəsində bu gün keçiriləcək “Partizan” – “Srvena Zvezda” matçına saatlar qalmış meydan sahiblərinin Belqraddakı stadionu yandırılıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup naməlum şəxs bu iki əzəli rəqib arasında baş tutacaq derbidən öncə meydançaya benzin tökərək od vurub.
Serbiya mətbuatının yazdığına görə, klub bütün lazımi məlumatları hüquq-mühafizə orqanlarına verib.
Komandanın əməkdaşları isə stadionda problem yaranan yerləri matç üçün hazır vəziyyətə gətirməyə çalışırlar.
“Qeyd edək ki, “Partizan” – “Srvena Zvezda” matçı bu gün saat 21:00-da başlayacaq.





jpeg-1729665286.webp)










