• Bakı 20° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Laporte karyerasını La Liqada davam etdirə bilər

İDMAN

25 Iyul 2024 | 12:08

Laporte karyerasını La Liqada davam etdirə bilər

İspaniya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Aymerik Laporte karyerasını La Liqada davam etdirə bilər.

Bakıvaxtı.az AS-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin xidmətində İspaniyanın "Real" klubu maraqlıdır.

Lakin "Əl-Nəsr"in transfer üçün pul istəməsi futbolçunun Madrid komandasına keçidini çətinləşdirib. Səudiyyə Ərəbistanı təmsilçisi A.Laporteni 2023-cü ildə "Mançester Siti"dən 27 milyon avroya transfer edib. Danışıqlar uğurla yekunlaşarsa, futbolçu Madrid klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, müdafiəçi "Əl-Nəsr" klubunun heyətində meydana çıxdığı 27 oyunda 4 dəfə fərqlənməyi bacarıb.


SON XƏBƏRLƏR

17 Sentyabr 2025