• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

AFFA 2 kluba texniki məğlubiyyət verdi

İDMAN

25 Iyun 2024 | 15:54

AFFA 2 kluba texniki məğlubiyyət verdi

AFFA-nın İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.

Bakıvaxtı.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, cəzaya məruz qalan komandalardan biri U-17, digəri U-16 Liqası iştirakçısıdır.

U-17 Liqasında iyunun 20-də keçirilməli olan “Kəpəz” - “Zirə” matçı qonaqların təyin edilən vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Nəticədə “Zirə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 Liqasında isə “Masallı” klubu “Atletico Baku” ilə matçda oyunu buraxmalı olan Ruslan Abdulxalıqovun xidmətindən istifadə etdiyinə görə cəzalanıb. Bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.


SON XƏBƏRLƏR