• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Türkləri sevindirən qərar: Almaniya vətəndaşlığı almaq asanlaşdı

DÜNYA

28 Iyun 2024 | 13:22

Türkləri sevindirən qərar: Almaniya vətəndaşlığı almaq asanlaşdı

Almaniyada ikili vətəndaşlığa yol açan və Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun qüvvəyə minib. 

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Daxili İşlər Nazirliyi bəyanat yayıb. 

Yeni qanuna əsasən, Almaniya vətəndaşlığını almaq üçün əvvəllər Türkiyə vətəndaşlığından imtina etməli olanlar yenidən Türkiyə vətəndaşlığını ala biləcəklər.  Bundan başqa, Almaniya vətəndaşlığını alanlar da Türkiyə vətəndaşlığını davam etdirə biləcəklər.

Yeni qanun vətəndaşlığa keçmə prosesini sürətləndirəcək. Almaniyada 8 il yaşamaq tələbi 5 ilə endirilib. Uyğunlaşma prosesində görkəmli uğur nümayiş etdirənlər üçün bu müddət 3 il olacaq. 

Eyni zamanda Almaniyada 5 ildən artıq olan əcnəbi valideynlərin yeni doğulmuş uşaqları da birbaşa olaraq Almaniya vətəndaşlığını ala biləcəklər.

Yeni qərar 30 iyun 1974-cü ilə qədər Almaniyaya gələn insanlar üçün keçərli olmayacaq. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024