• Bakı 25° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Fransada naməlum şəxslər toyda atəş açdı - ölən və yaralılar var

DÜNYA

30 Iyun 2024 | 17:19

Fransada naməlum şəxslər toyda atəş açdı - ölən və yaralılar var

Fransada naməlum şəxslər toy zamanı atəş açıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Republicain Lorrain məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə iyunun 30-na keçən gecə Mozel departamentinin Tionvil şəhərində baş verib. Əllərində silah olan bir qrup naməlum şəxs 100-ə yaxın insanın toy qeyd etdiyi banket zalına yaxınlaşaraq atışmağa başlayıb. Hadisə nəticəsində 4 nəfər ağır güllə yarası alıb. Hamilə qadın da yüngül xəsarətlə şok vəziyyətində xəstəxanaya yerləşdirilib. Xəsarət alan qonaqlardan birini xilas etmək mümkün olmayıb.

Silahlı basqınçılar qaçıblar. Onların kimliyi və motivləri barədə məlumat verilməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarları axtarır./apa


SON XƏBƏRLƏR