• Bakı 26° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Şərtlər yetişəndə... - İran zərbə endirməyə hazırdır

DÜNYA

02 Iyul 2024 | 13:00

Şərtlər yetişəndə... - İran zərbə endirməyə hazırdır

Tehran İsrailə növbəti irimiqyaslı zərbə endirməyə hazırdır, lakin İranın yəhudi dövlətinə qarşı birbaşa hərəkətə keçməsi üçün şərtlər hələ yetişməyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu SEPAH Aerokosmik Qüvvələrinin komandanı, general-mayor Əmir Əli Hacızadə bildirib.

O qeyd edib ki, Tehran İsrailin ABŞ və onun avropalı müttəfiqlərinin dəstəyi ilə təxminən doqquz aya yaxındır ki, Fələstində cinayətlər törətdiyini görməkdən kədərlənir:

“Bizim gücümüz olsa da, əlimiz bağlıdır, çünki İran üçün yəhudi dövlətinə qarşı birbaşa hərəkətə keçmək üçün şərait hələ yetişməmişdir.

Fələstin və Livandakı qardaşlarımıza yardım və texniki xidmət göstərən İrandır", - SEPAH Aerokosmik Qüvvələrinin komandanı deyib.

Günel Abbas


SON XƏBƏRLƏR